Hər vətəndaşa 1200 dollar veriləcək - Trampdan tarixi qərar
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp koronavirusun təsirinə məruz qalmış vətəndaşlara və bir çox biznes sahələrinə maliyyə ayrılması məqsədilə iqtisadiyyatı stimullaşdırmaq üçün mühüm addım atıb.
Sabah.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, dövlət başçısı 2,2 trilyon dolar məbləğində iqtisadi təşviqat paketini təsdiqləyən qanunu imzalayıb.
Bildirilir ki, sözügedən sənəddə işsizlik müavinətlərinin ödənilməsi, xəstəxanalara yardım, biznesin və bütün sahələrin təşviqi nəzərdə tutulur. Həmçinin, ABŞ vətəndaşlarına adambaşına 1 200 dollar məbləğində birdəfəlik yardım veriləcək.
Mərasimdən sonra “Twitter”dən açıqlama verən Donald Tramp tarixi qərarı bu sözlərlə şərh edib:
“Bu gün ABŞ tarixində ən böyük iqtisadi paket olan təşviqat paketini təsdiqlədim. Bu, bu günə qədər imzalanan ən böyük paketin belə iki qatıdır. 2.2 trilyon dollarlıq bu paket ölkəmizdə ailələr, çalışanlar və müəssisələrə təcili eytiyac duyduqları iqtisadi dəstəyi verəcək”.
Daha çox