Türkiyədə koronavirusdan ölənlərin sayı 92-yə çatdı

DÜNYA
22:16
27 Mart 2020
41

Türkiyədə yeni növ koronavirusdan ölənlərin sayı 92 nəfərə çatıb.

Sabah.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir bildirib ki, bu gün 17 koronaviruslu xəstə ölüb. Onun sözlərinə görə, son 24 saatda 75 030 şübhəli koronavirus analizindən keçib, onlardan 2069-nun cavabı pozitiv çıxıb. Ölkədə koronavirus aşkarlananların sayı ümumilikdə 5698 nəfərə çatıb.

Xəbər lenti