Türkiyədə güclü zəlzələ oldu - Yaralılar var

DÜNYA
09:01
23 Noyabr 2022
324

Türkiyənin Düzce rayonunda 5,9 bal gücündə zəlzələ olub.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla 04:09-da qeydə alınan zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar İstanbul, Ankara, Eskişehir, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

Zəlzələ ilə bağlı İstanbul Büyükşehir Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, ölkənin daxili işlər naziri Süleyman Soylu tviter hesablarında paylaşım ediblər. Onlar təbii fəlakət nəticəsində hələ ki, insan tələfatı barədə məlumat daxil olmadığını bildiriblər.

Səhiyyə naziri Fahrettin Kocanın rəsmi tviter hesabında yazdığı məlumata görə, baş verən zəlzələdə 22 nəfər yaralanıb.

“Düzce vilayətində 22 yaralımız var. Onlardan biri hündürlükdən tullanıb, ağır vəziyyətdədir. Düzceye lazımi sayda təcili yardım və mütəxəssis göndərilib”, - nazir qeyd edib.

Xəbər lenti