İstanbuldakı teraktda şübhəli bilinən şəxs saxlanıldı

DÜNYA
09:35
14 Noyabr 2022
620

Noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində partlayışı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Sabah.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb.

Xatırladaq ki, partlayışdan sonra əraziyə bombanı qoymaqda şübhəli bilinən bir qadının fotosu yayılıb.

Qeyd edək ki, partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə yaralanıb.

Xəbər lenti