Rusiyada deputat helikopter qəzasında öldü

DÜNYA
10:10
8 Fevral 2020
52

Tatarıstanın Laişevski bölgəsində "Bell 407" helikopteri qəzaya düşüb.

Sabah.az TASS-a istinadən xəbər verir ki, təyyarə sahildən 6 km məsafədə yerləşən Kuibışev su anbarının buzuna çırpılıb. Helikopterdə üç nəfərin olduğu bildirilib. Hadisə nəticəsində onlardan biri ölüb, ikisi yaralanıb. Ölən şəxs Rusiya Dövlət Dumasının deputatı Ayrat Xayrullindir. Digər iki şəxsin həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, təyyarə ilə qurulan son əlaqə Kazandan 28 km uzaqlıqdakı məsafədə qeydə alınıb. Hadisə ilə əlaqədar cinayət işi açılıb.

Qəzanın baş verməsinə ilkin səbəblər kimi avadanlıq çatışmazlığı və əlverişsiz hava şəraiti göstərilir.

Xəbər lenti