Paşinyan sabah İrana gedir

DÜNYA
16:54
31 Oktyabr 2022
228

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 1-i İranın paytaxtı Tehrana rəsmi səfər edəcək.

Sabah.az erməni mediasına istinadən xəbər verir ki, səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti əsasında baş tutacaq.

Məlumata görə, səfər çərçivəsində Paşinyan və Rəisi arasında danışıqlardan sonra yüksək vəzifəli nümayəndələr heyətləri ilə birgə görüş keçiriləcək. Bununla yanaşı, İran və Ermənistan arasında əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.