Rusiyanın Ukraynaya atdığı raket Moldovaya düşdü

DÜNYA
14:48
31 Oktyabr 2022
201

Ukraynanın hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirdiyi Rusiya raketi Moldova ərazisinə düşüb.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı Moldova Daxili İşlər Nazirliyinin Mətbuat xidməti öz feysbuk hesabında paylaşıb.

Bildirilir ki, raket Ukraynanın Vinnitsa vilayətinin yaxınlığında yerləşən Naslavça yaşayış məntəqəsinə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, bəzi evlərin pəncərələri sınıb.

Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın bir neçə vilayətini raket atəşinə tutub.

Xəbər lenti