Soçidə Putin-Paşinyan görüşü başa çatdı - Yenilənib

DÜNYA
16:58
31 Oktyabr 2022
443

Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün keçiriləcəyi məkan bəlli olub.

Sabah.az “İzvestiya”ya istinadən xəbər verir ki, görüş “Rus” sanatoriyasında baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sözügedən görüşdə iştirak etmək üçün artıq Soçidədirlər.

***

Soçidə Rusiya və Ermənistan liderləri Vladimir Putin və Nikol Paşinyan arasında görüş başlayıb.

***

Vladimir Putin və Nikol Paşinyan arasında nümayəndələr heyətinin iştirakı ilə görüş başa çatıb. Bu görüş təxminən bir saat davam edib. Hazırda liderlər təkbətək görüş keçirir.

***

Vladimir Putinlə Nikol Paşinyan arasında təkbətək görüş başa çatıb. Görüş 2 saat davam edib.

Xəbər lenti