Polşaya işləməyə gedən azərbaycanlılar faciəvi şəkildə öldü - Video

DÜNYA
09:15
24 Oktyabr 2022
399

Polşada baş vermiş ağır yol qəzasında 3 azərbaycanlı həlak olub.

Sabah.az xəbər verir ki, hadisə Polşanın Poznan şəhəri yaxınlığında, oktyabrın 21-də baş verib.

“Ford” markalı mikroavtobusun “Man” markalı yük avtomobilinə çırpılması nəticəsində Gürcüstan vətəndaşı olan 3 azərbaycanlı həlak olub, daha 8 nəfər isə xəsarət alıb. Ölənlər Marneuli rayonu, Əzizkənd sakini 22 yaşlı Əli Abdullayev, Qardabani rayonu, Birlik kənd sakini Kərəm Bayramov və Marneuli rayonu, Baydar kənd sakini Könül Balagözovadır.

Hadisədə xəsarət alan şəxslərdən də bir neçəsinin xəstəxanada vəfat etdiyi bildirilir.

Qeyd edək ki, adıçəkilən azərbaycanlıların bir müddət əvvəl işləmək məqsədilə bu ölkəyə getdiyi bildirilir.

Xəbər lenti