COVİD-19 Ermənistanda da can aldı
Ermənistanda koronavirusdan (COVİD-19) ilk ölüm hadisəsi qeydə alınıb.
Sabah.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Facebook”da məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, koronavirusdan ölən şəxs 72 yaşında olub. O, xəstəxanada olsa da, həyatını xilas etmək mümkün olmayıb.
Mənbədə qeyd olunub ki, Ermənistanda 290 nəfər koronavirusa yoluxub. İnfeksiya səbəbindən ölkədə martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilib.
Daha çox