Krım körpüsündəki partlayışda 3 nəfər öldü - Video+Yenilənib

DÜNYA
15:27
8 Oktyabr 2022
967

Krım körpüsündə yanğın başlayıb.

Sabah.az xəbər verir ki, bu barədə Krım başçısının məsləhətçisi Oleq Krüçkov teleqramda bildirib.

“İlkin məlumata görə, yanacaqla dolu sistern yanır. Yanğının söndürülməsi istiqamətində işlər aparılır”, - deyə o yazıb.

Krımın fövqəladə hallar xidmətinin məlumatına görə, körpüdə qatarların hərəkəti dayandırılıb.

***

Krım körpüsündə yanğın yük avtomobilinin partlaması nəticəsində baş verib.

Bu barədə Milli Antiterror Komitəsindən bildirilib.

Yanğın daha sonra yanacaq dolu çənlərə keçib.

***

Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi başladıb.

***

Rusiya Dəmir Yolları da Krım istiqamətində planlaşdırılan bütün qatarların hərəkətinin dayandırıldığını açıqlayıb:

“Qatarlar müvəqqəti olaraq Krım istiqamətində hərəkət etməyəcək. Krıma qatara bilet satışı da dayandırılıb”.

***

Ümumrusiya Sığortaçılar İttifaqının məlumatına görə, partlayış nəticəsində dəyən ziyan 200-500 milyon rubl arasında qiymətləndirilir.

***

Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının söndürüldüyünü açıqlayıb.

***

Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, faciə qurbanları partladılmış yük maşınının yanında gedən minik avtomobilinin sərnişinləri olub. Artıq bir kişi və bir qadının meyiti sudan çıxarılıb, onların şəxsiyyəti müəyyənləşdirilir.

Xəbər lenti