İtaliyada daha 683 nəfər koronavirusdan öldü

DÜNYA
11:34
26 Mart 2020
77

İtaliyada son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 683 nəfər ölüb.

Sabah.az xəbər verir ki, bu barədə məlumat yayan ölkənin Mülki Müdafiə Departamentinin rəsmi nümayəndəsi bildirib ki, koronovirusdan ölənlərin ümumi sayı 7 503 nəfərə çatıb.

Qeyd edək ki, İtaliyada Covid-19-a yoluxanların ümumi sayı 57 min 521 nəfərdir. Son sutka ərzində virusdan sağalanların sayı isə 1 036 nəfər artaraq 9 362-yə çatıb.

Xəbər lenti