Rusiyada məktəbdə atışma, 13 ölü, 21 yaralı - Video+Yenilənir

DÜNYA
13:30
26 Sentyabr 2022
322

Rusiyanın İjevsk şəhərində məktəbdə atışma baş verib.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı Rusiya DİN yayıb.

Məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.

Atəş açan şəxsin intihar etdiyi bildirilir.

***

Teleqram kanallarında yayılan məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 10-a çatıb. Onlardan 5-nin uşaq olduğu iddia olunur.

***

Rusiyanın İstintaq Komitəsinin məlumatına görə, insident nəticəsində 9 nəfər ölüb, onlardan 5-i uşaqdır.

***

Ölənlərin sayı 13-ə çatıb. Bir uşaq kliniki ölüm vəziyyətində xəstəxanaya çatdırılıb.

Daha 21 nəfər xəsarət alıb, onların 14-ü azyaşlıdır.

Xəbər lenti