Rusiyanın Ukraynadakı son itkiləri açıqlandı

DÜNYA
17:57
24 Sentyabr 2022
417

Ukraynanın Hava Qüvvələri son sutka ərzində Rusiyaya məxsus 1 döyüş qırıcısı, 1 vertolyot və 7 PUA olmaqla 9 hava hədəfini zərərsizləşdirib.

Sabah.az “Unian”a istinadən xəbər verir ki, döyüş qırıcısı “Su-25”, vertolyot isə “Mi-8” olub.

PUA-ların isə hamısı İran istehsalı olub. Onlardan 6-sı “Shahed-136” kamikadze dronu, biri isə “Mohajer-6” zərbə dronu olub.

24 fevral - 24 sentyabr tarixləri ərzində Ukrayna Silahlı Qüvvələri tərəfindən 56 min 300 Rusiya hərbçisi zərərsizləşdirilib.

Xəbər lenti