Türkiyədə koronavirus daha 15 can aldı

DÜNYA
01:32
26 Mart 2020
94

Türkiyədə koronavirusa yoluxanlardan daha 15 nəfəri ölüb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca “Twitter”dən məlumat yayıb.

“Son 24 saatda 5035 testin nəticəsi çıxdı, 561 yoluxma faktı qeydə alındı. 15 xəstəmiz dünyasını dəyişdi. Bu günə qədər itirdiyimiz xəstə sayı 59-a çatdı. Ümumilikdə 2433 koronavirusa yoluxmuş xəstəmiz var”, – deyə nazir bildirib.

Xəbər lenti