Yunanıstanda bu il 38 nəfər qripdən ölüb

DÜNYA
19:08
7 Fevral 2020
13631

Yeni ildən bəri Yunanıstanda 38 nəfər qrip epidemiyasından ölüb.

Sabah.az xəbər verir ki, son bir həftə ərzində ölkədə qrip epidemiyasından ölənlərin sayının 17-dən 38-ə yüksəldiyi və daha da artacağı açıqlanıb.

Ölkədə iki növ (H1N1 və H3N2) qrip virusunun simptonlarının olunduğunu deyən doktor Elena Maltezos, xəstəliyin əsasən 0-14 yaş arası uşaqlarda və 60 yaşdan yuxarı şəxslərdə müşahidə edildiyini bildirib.
Xəstəliyin mart ayının sonuna qədər davam edəcəyilə bağlı xəbərdarlıq edən səlahiyyətli nümayəndələr vətəndaşları peyvənd almağa, fərdi tədbir görməyə və yüksək hərarət hallarında ən yaxın sağlamlıq mərkəzinə müraciət etməyə çağırırlar.

Həmçinin profilaktik tədbir məqsədilə məktəblərin qeyri-müəyyən müddətdə tətil edildiyi bildirilir.

Xəbər lenti