“Bu, blef deyil, bütün vasitələrdən istifadə edəcəyik” - Putin

DÜNYA
14:35
21 Sentyabr 2022
369

“Rusiya özünü müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcək”.

Sabah.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarına müraciətində deyib.

Putin öz çıxışında bir neçə Qərb ölkəsinin rəsmi nümayəndələrinin Rusiyaya qarşı kütləvi qırğın silahlarından istifadə olunmasına dair çağırışlardan da danışıb.

“Xatırlatmaq istəyirəm ki, Rusiya da müxtəlif silahlara məxsusdur, onlardan bəziləri isə müxtəlif komponentlərinə görə NATO ölkələrinin sahib olduğu silahlardan daha müasirdir. Və ölkəmizin ərazi bütövlüyünə qarşı təhdid yaranarsa, Rusiyanın və xalqımızın müdafiəsi üçün biz sözsüz ki, sahib olduğumuz bütün mümkün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil. Rusiya vətəndaşları əmin ola bilər, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyimiz və azadlığımız təmin olunacaq”, - deyə Putin qeyd edib.

Xəbər lenti