Nazirlər Kabinetinin bügünkü qərarı müəllimlərə də şamil ediləcək?

TƏHSİL
23:41
25 Mart 2020
400

“Bildiyiniz kimi, Nazirlər Kabinetinin qərarına əsasən xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri elan edilib”.

Sabah.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O, sözügedən qərarın müəllimlərə dəxli olmadığını deyib:

“Bu, müəllimlərə şamil olunmur. Çünkü ali və orta təhsil müəssisələrində 20 aprelə qədər tətil elan edilib. Bu, Təhsil Nazirliyi və onun tabeliyindəki qurum və təşkilatlara da aid deyil. Çünkü onlar da 29 martdan 29 aprelə qədər məzuniyyətdədirlər”.

Xəbər lenti