Çində daha bir virus üzə çıxdı - Ölən var

DÜNYA
23:40
24 Mart 2020
152

Çində koronavirus (COVID-19) infeksiyasından başqa daha bir təhlükəli xəstəlik aşkarlanıb.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı Çin hökumətinə yaxınlığı ilə bilinən “Global Times” məlumat yayıb.

Bildirilir ki, Çində şəhərlərarası sərnişin avtobusunda bir nəfər virusdan ölüb. Həmin şəxsdən analizlər alınıb və nəticədə onda hantavirusun olduğu üzə çıxıb.

 Məlumata görə, həmin avtobusda olan 32 sərnişin də analiz verib.

Qeyd olunur ki, hantavirusa yoluxma gəmirici və ya onların nəcisi vasitəsilə olur. Lakin o, insandan insana keçmir. Bu virusa yoluxan şəxsdə yüksək hərarət, yorğunluq, baş gicəllənməsi, ciddi əzələ ağrıları, diareya və ürəkbulanma ola bilər. Hantavirusdan qurtulmaq üçün xüsusi müalicə üsulu və ya vaksinin olmadığı deyilir.

Xəbər lenti