Rusiya Ermənistana nota verdi

DÜNYA
12:14
17 Avqust 2022
447

Rusiyanın Ermənistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib.

Sabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya səfirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nota İrəvanın “Surmalu” ticarət mərkəzindəki partlayışla bağlı Ermənistan KİV-nin Rusiyanın fərqli strukturlarını ittiham etməsinə görə verilib.

Qeyd edək ki, avqustun 14-də baş vermiş hadisə nəticəsində 16 nəfər həyatını itirib, 3 nəfər itkin düşmüş hesab olunur. Ümumilikdə 62 nəfər zərər çəkib. Baş vermiş faciə ilə əlaqədar Ermənistanda avqustun 17-18-də ikigünlük matəm elan edilib.

Xəbər lenti