Türkiyə-Ermənistan sərhədində partlayış

DÜNYA
16:48
25 İyul 2022
636

Türkiyədə Ermənistanla sərhədin minalardan təmizlənməsi zamanı partlayış baş verib.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı “Kars Olay” yayıb.

Məlumata görə, hadisə Qarsda Arpaçay adlı ərazidə baş verib.

Bildirilir ki, mina partlaması nəticəsində bir nəfər xəsarət alıb. Onun minatəmizləmə işləri həyata keçirən şirkətin əməkdaşı olduğu bildirilir.

Yaralı işçi xəstəxanaya çatdırılıb.

Xəbər lenti