Həmişə gecikən Putin bu dəfə Ərdoğanı gözləməli oldu - Video

DÜNYA
17:58
20 İyul 2022
350

İyulun 19-u Tehranda Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

Sabah.az xarici mediaya istinadən xəbər verir ki, görüşdən əvvəl Putinin türkiyəli həmkarını gözləməsini əks etdirən videogörüntülər gündəmə çevrilib. Putin görüş otağına Ərdoğandan əvvəl gəlib və təqribən 50 saniyə ərzində həmkarının gəlişini gözləyib. Kameralar isə həmin dəqiqələrdə Putinin reaksiyalarını yaxından izləyib.

Xarici media yazır ki, Vladimir Putin görüşlərə gecikməsi xüsusiyyəti ilə məşhurdur. Bildirilir ki, o, müxtəlif vaxtlarda Roma papası Fransisk, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp, Birtaniya kraliçası II Yelizaveta və digərləri ilə görüşlərə gecikib. Rusiya liderinin hətta bəzi görüşlərə bir neçə saat gecikdiyi də qeyd olunub. Tehranda isə Putin Ərdoğanı gözləməli olub.

Xəbər lenti