Boris Conson istefa verdi - Yenilənib

DÜNYA
16:08
7 İyul 2022
297

“Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün istefa verəcək”.

Sabah.az xəbər verir ki, bu iddianı Böyük Britaniya hökumətindəki mənbəyə istinadən ölkənin yerli mediası yayıb.

Məlumata görə, B.Consonun ofisi hazırda Baş nazirin istefası barədə məlumatları hazırlayır. Bildirilir ki, Baş nazir bir neçə saatdan sonra Britaniya xalqına müraciət edəcək.

Consonun, həmçinin hakim Mühafizəkarlar partiyasının lideri vəzifəsindən də gedəcəyi deyilir. Qeyd olunur ki, istefaya baxmayaraq Conson oktyabr ayında keçirilməsi planlaşdırılan yeni Baş nazir seçkilərinə qədər hökumətə rəhbərlik etməyə davam edəcək.

***

Boris Consonun xalqa müraciəti başlayıb. O, Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar partiyasının lideri postundan istefa vermək barədə qərar qəbul etdiyini açıqlayıb.

***

Onun sözlərinə görə, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra etməyə davam edəcək.

O, həmçinin yeni seçilən Baş naziri bacardığı qədər dəstəkləyəcəyini də qeyd edib.

Bununla yanaşı, B.Conson Britaniya hökumətinin onun istefasından sonra da Ukraynanı dəstəkləməyə davam edəcəyini söyləyib.

Xəbər lenti