Türkiyədə koronavirusdan ölənlərin sayı 37-yə çatdı

DÜNYA
00:58
24 Mart 2020
73

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 37-yə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca “Twitter”də məlumat yayıb.

Nazir xəstələrdən 7 nəfərinin öldüyünü bildirib.

O həmçinin qeyd edib ki, son 24 saatda 3672 şübhəli koronavirus testindən keçib, onlardan 293-nün cavabı pozitiv çıxıb. Bununla da, Türkiyədə koronavirusa yoluxanların sayı 1529-a çatıb.

Xəbər lenti