Dörd ölkənin lideri Ukraynada - Video+Yenilənib

DÜNYA
14:44
16 İyun 2022
245

Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Mario Draqi qatarla Ukraynaya yola düşüb.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı İtaliyanın “RaiNews24” telekanalı yayıb.

***

Makron, Şolts və Draqi artıq Kiyevdə səfərdədirlər.

***

Rumıniya Prezidenti Klaus Yohannis də Ukraynaya səfər edib.

***

Makron, Şolts və Draqi müharibə zamanı dağıdılan İrpen şəhərinə səfər edib. Ukrayna mediası isə ölkə Prezidenti Volodimir Zelenskinin hazırda İrpendə olmadığını qeyd edib.

Buna baxmayaraq, bu gün avropalı liderlər və Zelenski arasında görüşün keçirilməsi planlaşdırılır. Görüşdən sonra mətbuat konfransının baş tutacağı gözlənilir.

Xəbər lenti