“RİA Novosti” Azərbaycanın etirazına səbəb olan müsahibəni sildi - Foto

DÜNYA
14:58
10 İyun 2022
434

Rusiyanın “RİA Novosti” agentliyi bir neçə gün əvvəl öz saytında paylaşdığı Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri Artak Beqlaryan ilə müsahibəni silib.

Sabah.az xəbər verir ki, saytda sözügedən müsahibəyə daxil olduqda materialın silindiyi qeyd olunur.

Xatırladaq ki, A.Beqlaryan ilə müsahibədən sonra Azərbaycanda “RİA Novosti” bloklanıb. Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və ciddi təəssüf doğur

Xəbər lenti