ÜST meymunçiçəyinin yayılmasının ilkin səbəbini açıqladı

DÜNYA
16:10
2 İyun 2022
218

“Meymunçiçəyi və “Lassa qızdırması” kimi xəstəliklərin yayılması iqlim dəyişikliyi ilə əlaqədar olaraq adi hallardan daha tez-tez baş verməyə başlayıb”.

Sabah.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan açıqlayıb.

Onun sözlərinə görə, iqlim dəyişikliyi hava şəraitinin tez-tez dəyişməsinə səbəb olur ki, bu da quraqlığa gətirib çıxarır:

“Bu haldda heyvan və insanlar qida axtarışında öz davranışlarını dəyişirlər. Nəticədə heyvanlar üçün xarakterik olan xəstəliklər insanlara ötürülür. Cəmiyyətimizdə infeksiyaların yaranma ehtimalı və onların yayılma riski artır”.

Xəbər lenti