Gürcüstanda azərbaycanlı qadın koronavirusa yoluxdu

DÜNYA
15:11
22 Mart 2020
79

Marneuli rayonunda azərbaycanlı qadın yeni tip koronavirusa (Covid-19) yoluxub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bu barədə Marneuli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mili Mərkəzinin rəhbəri Eteri Laperadze bildirib.

Onun sözlərinə görə, 54 yaşlı qadın 4 gün öncə ikitərəfli pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu gün onun koronavirusla bağlı testlərinin cavabı müsbət olub.

Xəbər lenti