Bu gün Əliyevlə Ərdoğan Türkiyədə görüşəcək

DÜNYA
11:30
14 May 2022
512

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.

Görüşün Bakı vaxtı ilə saat 17:30-da Türkiyənin Rizə şəhərində keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək. Azərbaycan və Türkiyə Prezidentləri Rizə-Artvin hava limanının açılış mərasimində iştirak edəcək. Hava limanına ilk olaraq İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təyyarələrinin eniş edəcəyi gözlənilir.

Xəbər lenti