ABŞ-dan Ukraynaya 40 milyard dollarlıq yardım təsdiqləndi

DÜNYA
09:00
11 May 2022
261

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya dəstək üçün ümumi məbləği təxminən 40 milyard dollar olan böyük yardım paketini təsdiqləyib.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, layihə lazımi səs çoxluğunu toplayıb.

Senat çoxluğunun lideri Şak Şumer bildirib ki, paket Nümayəndələr Palatası tərəfindən təsdiq edildikdən sonra Senat onu təsdiqləmək və imza üçün Baydenə göndərəcək.

Qeyd edək ki, əvvəlcə ABŞ Prezidenti Konqresdən 33 milyard dollar istəyib. Lakin qanunvericilər hərbi yardım üçün əlavə 3,4 milyard dollar, humanitar məsələlər üçün isə 3,4 milyard dollar ayırmaq niyyətindədirlər.

Xəbər lenti