Nazirlər Kabinetinin dünənki qərarı təhsil işçilərinə necə təsir edəcək? - Şərh

TƏHSİL
13:00
21 Mart 2020
3521

Ötən gün Nazirlər Kabineti tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olunub.

Sabah.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bu qərarların təhsil sisteminə aid olan hissəsini şərh edib:

“Qərar Təhsil Nazirliyinin dövlət qulluqçularına şamil edilir” kimi ayrıca bənd yoxdur deyə, bu bütün dövlət təhsil sistemində çalışanlara şamil olunur. Çünki qərarda qeyd olunur ki, "bu dövlət orqanları və onların tabeliyində olan qurumların əməkdaşları", yəni universitet və orta məktəblər də Təhsil Nazirliyinin qurumudur, orada çalışanlar da Təhsil Nazirliyinə tabe olan qurumun əməkdaşıdır. Deməli, Təhsil Nazirliyi 29 aprelə qədər məzuniyyətə göndərildiyi üçün bütün dövlət təhsil müəssisələri də 20 aprel yox, 30 apreldə işə başlayacaq. Amma özəl təhsil müəssisələri 21 apreldən işə başlaya bilər.

Məzuniyyət pulu ayrıdır, əmək haqqı ayrı. Məzuniyyətdə işləmədiyin halda ödəniş alırsan. Normal vaxtlarda işləyib əmək haqqı. Burda da deyir ki, məzuniyyətə göndərilirsiniz, ancaq məzunuyyət ödənişi almayacaqsız. Əmək haqqınızı alacaqsınız. Lakin bunun tədris ili başa çatandan sonrakı 56 günlük ödənişli məzuniyyətə dəxli yoxdur. Bu məcburi məzuniyyətdir. Bütün hallarda sizin 56 günlük ödənişli yay məzuniyyətiniz qüvvədə qalır.

Bu qərar yalnız dövlət təhsil müəssisələrinə şamil olunur. Özəl sektor nizamnaməsinə uyğun olaraq addım artmaqda sərbəstdir. Yəni əməkdaşlarını məzuniyyətə göndərib-göndərməmək öz işidir. Lakin karantin rejimi qaydalarına əməl etməlidirlər.

Bir də təkrar yazıram, “müəllimlər dövlət qulluqçusu deyil deyə, bu qərar onlara şamil olunmur” fikri yanlışdır. Ona görə ki, (a) Təhsil Nazirliyi və onun orqanları - BŞTİ, RTŞ və digərləri məzuniyyətə olduğu halda onun aşağı qurumları, məktəblər, peşə və orta ixtisas təhsili müəssisələri, universitetlər işləyə bilməz.
(b) Əmək haqqlarının təhsil sistemində ödənilməsi ilə bağlı problem və məhdudiyyət nəzərdə tutulmur. Yəni hər kəs aylıq əmək haqqını tam şəkildə alacaq. Bu həm müəllimlər, həmdə digər texniki və yardımçı vəzifələrdə çalışan işçilərə şamil olunur.

Bütün bunlardan sonra dərslərin nə vaxt başlayacağı, yay aylarında dərsin olub-olmaması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Bütün fikirlər yalnız təklif və ya istəkdir. Amma bütün hallarda əmin olun ki, dövlət vətəndaş üçün ən uyğun olanı edəcək”.

Xəbər lenti