Türkiyəli diplomatı öldürən Sasunyan İrəvanda saxlanıldı

DÜNYA
13:56
5 May 2022
397

ASALA terror təşkilatının üzvü Hambik Sasunyan Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyası zamanı saxlanılıb.

Sabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı hüquq müdafiəçisi Ruben Melikyan yayıb.

Xatırladaq ki, Hambik Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanı qətlə yetirib və 1984-cü ildə ömürlük azadlıqdan məhrum edilib. O, 2021-ci ildə həbsdən azad edilib və Ermənistana geri dönüb.

Xəbər lenti