Rusiyanın daha bir beynəlxalq təşkilata üzvlüyü dayandırıldı

DÜNYA
09:44
28 Aprel 2022
234

Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatına üzvlüyü dayandırılıb.

Sabah.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İspaniyada yerləşən BMT-nin Ümumdünya Turizm Təşkilatının birinci fövqəladə Baş Assambleyasında səsvermə keçirilib.

Səsvermə ilə Rusiyanın ÜTT-yə üzvlüyü dayandırılıb. Təşkilata üzv olan 160 ölkənin üçdə ikisindən çoxu Rusiyanın üzvlüyünün dayandırılması qərarını dəstəkləyib.

Qeyd edək ki, səsverməyə bir neçə saat qalmış Rusiya təşkilatdan çıxdığını elan edib.

Xəbər lenti