Kanada Rusiyanın Ukraynaya hücumunu soyqırım kimi tanıdı

DÜNYA
09:39
28 Aprel 2022
216

Kanada parlamenti Rusiyanın Ukraynaya hücumunu soyqırım kimi tanıyıb.

Sabah.az Kanadanın “CTV News” telekanalına istinadən xəbər verir ki, qərar yekdilliklə qəbul edilib.

Səsvermə deputat Heather McPhersonun Nümayəndələr Palatasına “Rusiya Federasiyasının Ukrayna xalqına qarşı soyqırımı aktları törətdiyini” tanımaq üçün vəsatət təqdim etməsindən sonra başlayıb.

Çərşənbə günü Kanada parlamentinin üzvləri də Rusiya Prezidenti Vladimir Putinin və Dövlət Dumasının digər üzvlərinin rəhbərliyi altında Rusiya Silahlı Qüvvələrinin Ukraynada törətdiyi “bəşəriyyətə qarşı sistematik və kütləvi hərbi cinayətlərə dair kifayət qədər sübut” elan ediblər.

Kanada İcmalar Palatasının petisiyasına görə, Rusiyanın hərbi cinayətlərinə kütləvi vəhşiliklər, ukraynalı mülki şəxslərin qəsdən öldürülməsinin sistematik halları, cəsədlərin təhqir edilməsi, işgəncə, zorlama və s. daxildir.

Xəbər lenti