Türkiyədə koronavirusdan daha bir ölüm - 168 yeni yoluxma var

DÜNYA
01:35
20 Mart 2020
95

Türkiyədə yeni növ koronavirusdan daha bir nəfər dünyasını dəyişib.

Sabah.az xəbər verir ki, bu barədə ğlkənin səhiyyə naziri Fahrettin Koca “Twitter”də məlumat yayıb.

O bildirib ki, Türkiyədə COVİD-19-dan dünyasını dəyişənlərin sayı 4-ə çatıb:

“Son 24 saatda testdən keçirilən 1981 nəfərdən 168-nin cavabı müsbət çıxıb. Bununla da, 191 olan xəstə sayı 359-a çatıb. Xəstələrimizdən 85 yaşlı bir xanım dünyasını dəyişdi. Ölənlərəin ümumi sayı 4-ə çatıb”.

Xəbər lenti