İtaliya koronavirusdan ölənlərin sayına görə Çini üstələdi
                
22:35
19 Mart 2020
138İtaliya yeni növ koronavirusdan ölənlərin sayına görə Çini keçib.
Sabah.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli məlumat verib.
O bildirib ki, ölkədə koronavirus qurbanlarının sayı 427 nəfər artaraq 3405-ə çatıb. Bu müddət ərzində təxminən 4,5 min insan virusa yoluxub.
Qeyd olunub ki, bu gün Çin Dövlət Səhiyyə Komitəsi ölkədə indiyə kimi 3,245 nəfərin koronavirus qurbanı olduğunu bildirib.
Daha çox