Gürcüstanda bütün ticarət obyektləri bağlanır

DÜNYA
22:17
19 Mart 2020
108

Gürcüstan hakimiyyəti "sosial məsafəni" təmin etmək və koronavirusun yayılmasının qarşısını almaq üçün ərzaq mağazalarından, apteklərdən və yanacaqdoldurma məntəqələrindən başqa bütün ticarət mərkəzlərini bağlamaq qərarına gəlib.

Sabah.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria məlumat verib

“Biz aşağıdakı addımları atmağa məcburuq: ərzaq mağazalarından, aptek şəbəkələrindən, yanacaqdoldurma məntəqələrindən, poçt şəbəkəsindən və bank sektorundan başqa bütün ticarət nöqtələri bağlanmalıdır", - deyə Giorgi Qaxaria bildirib.

Baş Nazir Gürcüstanın tezliklə fövqəladə vəziyyət elan edə biləcəyini istisna etməyib.

Xəbər lenti