Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı yeni qərar

DÜNYA
09:20
9 Aprel 2022
406

Səudiyyə Ərəbistanı hər il Həcc ziyarəti üçün icazə verilən zəvvarların sayını krallıq vətəndaşları və əcnəbilər də daxil olmaqla 1 milyon nəfərə çatdırıb.

Sabah.az xəbər verir ki, bu barədə Həcc və Ümrə Nazirliyinə istinadən Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.

Məlumata görə, ziyarətə yaşı 65-dən az, tam vaksinasiya kursu keçmiş şəxslər buraxılacaq. Zəvvarlar eyni PCR testinin neqativ nəticəsini də təqdim etməli olacaqlar.

Qeyd edək ki, fevralın 3-də Səudiyyə Ərəbistanı 2022-ci ildə Həcc ziyarətini keçirmək niyyətini təsdiqləyib. Ona hazırlığın formatı zəvvarların gəldiyi ölkələr də daxil olmaqla, yaranmış epidemioloji vəziyyətə uyğun olaraq Səudiyyə Ərəbistanı  tərəfindən müəyyən edilir.

Xəbər lenti