Zelenskidən nümayəndələrin görüşü ilə bağlı - Açıqlama

DÜNYA
09:40
30 Mart 2022
396

“Rusiya ilə danışıqlardan əldə olunan təəssüratları müsbət qiymətləndirmək olar”.

Sabah.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski qeyd edib ki, Rusiya ilə danışıqlardan gələn təəssüratları müsbət adlandırmaq olar, lakin bu təəssüratlar Rusiyanın hücumlarının qarşısını almır:

“Bizim məhvimiz üçün mübarizəni davam etdirən bir gücün nümayəndələrinin sözlərinə inanmağa əsasımız yoxdur. Danışıqlarda yalnız konkret nəticəyə ümid etmək olar”.

Qeyd edək ki, ötən gün Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu keçirilib.

Xəbər lenti