Rusiya qoşunlarının bir hissəsini Kiyev və Çerniqovdan çıxarır

DÜNYA
17:17
29 Mart 2022
484

“Rusiya Kiyev və Çerniqov istiqamətlərində hərbi əməliyyatları kəskin şəkildə azaltmaq qərarına gəlib”.

Sabah.az “Pravda”ya istinadən xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna tərəfi ilə danışıqlardan sonra bildirib.

***

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya qoşunlarının bir hissəsini Kiyev və Çerniqov vilayətlərindən çıxarır.

“Düşmən hücum əməliyyatının məqsədlərinə nail ola bilmədi. Lakin hərbi və mülki infrastruktur obyektlərinə zərbələr endirməsi təhlükəsi yüksək olaraq qalır”, - deyə açıqlamada vurğulanır.

***

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Rusiyanın Kiyev və Çerniqov vilayətlərindən qoşunlarının bir hissəsini çıxarması barədə məlumatını təsdiqləyib:

“Ukrayna ilə danışıqların praktiki müstəviyə keçməsi ilə əlaqədar olaraq Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin xeyli azaldılması qərara alınıb”.

Xəbər lenti