Ərdoğan Rusiya-Ukrayna nümayəndə heyətləri ilə görüşdü

DÜNYA
10:50
29 Mart 2022
411

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu keçiriləcək. Danışıqların Bakı vaxtı ilə 11:30-da başlayacağı gözlənilir.

Sabah.az “TASS”a istinadən xəbər verir ki, Ukrayna nümayəndə heyəti danışıqların keçiriləcəyi Dolmabaxça sarayına gəlib.

Görüş mətbuata qapalı olacaq.

***

Rusiya nümayəndə heyəti də Dolmabaxça sarayına gəlib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyətləri ilə görüşüb.

O,  ilk olaraq nümayəndə heyətlərini salamlayıb:

“Sizi belə kritik bir zamanda qonaq etməkdən məmnunuq. Görüşlərinizin və danışıqlarınızın ölkələrinizə, regionumuza və bütün bəşəriyyətə faydalı olmasını arzulayıram. Liderlərinizin göstərişləri əsasında həyata keçirdiyiniz danışıqlar prosesi sülhə ümidləri artırdı və bütün dünyanı həyəcanlandırdı. Biz bu çərçivədə danışıqları ürəkdən dəstəkləyirik. Siz ölkələrinizin naminə böyük səylər göstərmisiniz, hələ də davam edirsiniz. Ona görə də öz adımdan və millətim adından sizi təbrik edirəm”.

Bununla yanaşı, Türkiyə Prezidenti tərəfləri atəşkəs rejiminin tətbiq edilməsinə çağırıb.

Onun sözlərinə görə, Türkiyə Rusiya və Ukrayna nümayəndə heyətlərinin işinin asanlaşdırılması üçün bütün lazımi dəstəyi göstərməyə hazırdır.

“Münaqişənin uzadılması heç kəsə faydalı deyil. Müharibədə qalib tərəf olmur”, - deyə Ərdoğan vurğulayıb.

Xəbər lenti