Efirdə baş verənlərə reaksiya verməməsinin səbəbini açıqladı

DÜNYA
11:20
15 Mart 2022
567

Rusiyalı aparıcı Yekaterina Andreyeva “Birinci kanal”da təqdim etdiyi “Vremya” xəbər proqramında yaşanan hadisəyə münasibət bildirib.

Sabah.az “StarHit”ə istinadən xəbər verir ki, o, əlində “Müharibəyə yox!” plakatı ilə qəfil canlı efirə çıxan telekanal əməkdaşı Marina Ovsyannikovaya niyə reaksiya vermədiyini belə izah edib:

“Mən sizə demişdim: “Nə olursa olsun, həmişə qaya kimi dur!”. Bu cür dözümlülük məndə haradandır? Bu gün o mənə lazım oldu. Dözümlülük yoqa və ürəkdəndir”, - deyə teleaparıcı qeyd edib.

Qeyd edək ki, kanalın redaktoru olduğu bildirilən M.Ovsyannikova hadisədən sonra saxlanılıb.

Xəbər lenti