Azərbaycan səfirliyi Kiyevdən köçürüldü

DÜNYA
12:15
8 Mart 2022
301

Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyevdə artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.

Bu barədə Sabah.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız, Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.

Səfirliklə aşağıdakı qaynar xətlərlə əlaqə saxlamaq olar:

+380 73 5050000
+380 99 408 99 43

Xəbər lenti