Rusiyanın Ukraynada daha bir generalı öldürüldü
09:32
8 Mart 2022
336Rusiya ordusunun daha bir generalı Ukraynada döyüşlər zamanı öldürülüb.
Sabah.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Söhbət Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Ordu komandanlığının Qərargah rəisi, general-mayor Vitali Gerasimovdan gedir. Onunla yanaşı, bir sıra yüksək rütbəli zabitlərin də zərərsizləşdirildiyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Andrey Suxovetski də Ukrayna ilə müharibə zamanı həlak olmuşdu.
Daha çox