Kiprdə koronavirus orduya keçdi, müdafiə naziri karantinə alındı

DÜNYA
23:52
18 Mart 2020
69

Cənubi Kipr ordusunda koronavirus aşkarlanıb.

Sabah.az “CNN Türk”ə istinadən xəbər verir ki, Kipr Milli Qvardiya Ordusunun 3 zabiti koronavirusa yoluxub.

Bildirilib ki, xəbər yayılandan sonra müdafiə naziri Savvas Angelidis karantinə alınıb. Buna səbəb isə S.Angelidisin həmin zabitlərlə toplantıda iştirak etməsidir. Nazir koronavirusa yoluxma şübhəsi ilə testdən keçib. Lakin onun nəticələri neqativ çıxıb.

Xəbər lenti