Ukrayna nümayəndə heyəti danışıqlar keçirilən məkana gəldi - Video

DÜNYA
13:25
28 Fevral 2022
448

Xəbər verdiyimiz kimi, bu gün Belarusun Qomel şəhərində Rusiya və Ukrayna arasında danışıqlar aparılacaq.

Sabah.az xəbər verir ki, Ukrayna Ali Radası ölkənin nümayəndə heyətinin danışıqların keçiriləcəyi məkana gəldiyini açıqlayıb.

Məlumata görə, danışıqların əsas mövzusu atəşin dərhal dayandırılması və Ukrayna ərazisindən Rusiya qoşunlarının çıxarılmasıdır.

“RİA Novosti” isə Ukrayna tərəfinin nümayəndə heyətinin gəlişinə dair videogörüntülər paylaşıb.

Xəbər lenti