Ukrayna nümayəndə heyəti danışıqlar üçün artıq Belarusdadır
Bu gün Rusiya və Ukrayna arasında danışıqlar keçiriləcək. Ukrayna nümayəndə heyəti Belarus-Ukrayna sərhədində Rusiya tərəfinin nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün görüş yerinə çatıb.
Sabah.az xəbər verir ki, bu barədə belaruslu jurnalist Konstantin Pridibaylo bildirib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti Belarusa gecə saatlarında çatıb. Görüşün yaxın saatlarda başlayacağı gözlənilir və bunun üçün texniki olaraq hər şey hazırdır.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqlar Belarusun Qomel şəhərində aparılacaq.
Daha çox