Zelenski son vəziyyəti açıqladı - Video

DÜNYA
15:46
26 Fevral 2022
687

“Biz ayağa qalxdıq və düşmənin hücumlarına qarşı uğurla mübarizə aparırq. Bir çox şəhərdə döyüşlər davam edir”.

Sabah.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski feysbukda paylaşdığı videoçıxışında deyib.

O bildirib ki, onlar ölkəni, torpağı, uşaqların gələcəyini qoruyurlar:

“Kiyev və paytaxt ətrafındakı əsas şəhərlər ordumuzun nəzarətdədir. İşğalçılar dövlətimizin mərkəzini bloklayıb. Biz onların planını qırdıq”.

Zelenski Rusiyaya səslənib:

“Minlərlə qurban, yüzlərlə məhkum niyə ölmək üçün Ukraynaya göndərildiklərini bilmirlər”.

Xəbər lenti