İranda 103 yaşlı qadın koronavirusdan sağaldı

DÜNYA
18:48
18 Mart 2020
113

İranda koronavirusa (COVID-19) yoluxan 103 yaşlı qadın sağalıb.

Sabah.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Semnan Tibb Elmləri Universitetinin rektoru Nevid Danayi məlumat verib.

O bildirib ki, Semnan əyalətində koronavirusa yoluxan 103 yaşlı qadın 1 həftə xəstəxanada müalicə olunduqdan sonra virusdan xilas olub və evə buraxılıb. Onun kimliyi açıqlanmır.

Mənbədə qeyd olunub ki, o, İranda COVID-19-dan sağalmış ən yaşlı xəstədir. Bundan əvvəl də Çində 103 yaşlı qadın koronavirusa qalib gəlmişdi.

Xəbər lenti