Putin Əliyevlə uzun masa arxasında görüşür - Video

DÜNYA
17:10
22 Fevral 2022
438

Xəbər verdiyimiz kimi, Moskva şəhərində Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında təkbətək görüş başlayıb.

Sabah.az Rusiya mediasına istinadən xəbər verir ki, görüş Kremldə koronavirus pandemiyası nəzərə alınaraq uzun masa arxasında keçirilir.

“Təəssüflər olsun ki, bu pandemiya bizə normal şəkildə ünsiyyətdə olmağa və görüşməyə imkan vermir”, - deyə Vladimir Putin İlham Əliyevi qarşılayarkən söyləyib. O vurğulayıb ki, buna baxmayaraq, azərbaycanlı həmkarını görməyə şaddır.

“Dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Səfəriniz iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində baş verir və biz bu gün müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalayacağıq”, - deyə Putin qeyd edib.

V.Putin bəyannamənin imzalanmasını Rusiya-Azərbaycan əlaqələrinin inkişafında yeni mərhələ adlandırıb.

Xatırladaq ki, V.Putin daha əvvəl də koronavirusla bağlı təhlükəsizlik tədbirləri çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts ilə uzun masa arxasında görüşüb.

Xəbər lenti